Pleyeri seçin:

Ürək üçün ən faydalı giləmeyvə görün hansı imiş

22 may 2026 505 baxış

İspaniyalı kardioloq Aurelio Roxas elmi araşdırmalara əsaslanaraq ürək sağlamlığı üçün ən faydalı olan yay giləmeyvəsini açıqlayıb.

Bu barədə yerli media məlumat yayıb.

Həkimin sözlərinə görə, çiyələk tərkibindəki yüksək miqdarda antioksidant və liflər sayəsində orqanizmdə xroniki iltihabla mübarizədə mühüm rol oynayır.

Bu iltihab növü isə şəkərli diabet, piylənmə və xroniki yorğunluq kimi ciddi sağlamlıq problemlərinin əsas səbəblərindən biri hesab olunur. Mütəmadi olaraq çiyələk istehlak etmək insulinə qarşı həssaslığı yaxşılaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır.

Mövcud təhlükələrdən bəhs edən kardioloq çiyələyin qoruyucu funksiyasını belə izah edir: "Qanda qlükozanın kəskin şəkildə yüksəlməsi bədəndəki iltihabi prosesləri artırır. Bu isə damarların və hüceyrələrin yaşlanmasını sürətləndirərək ürək-damar xəstəliklərinin yaranma riskini birbaşa artırır".

O həmçinin qeyd edib ki, çiyələk orqanizmə əlavə kalori yükü yaratmadan toxluq hissini artırır və hüceyrələri dağıdan oksidləşdirici stresi minimuma endirir. Bu səbəbdən yay aylarında ürəyini qorumaq istəyənlər üçün çiyələk ən ideal qida seçimidir.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 505 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 505 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 505 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 505 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 505 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 505 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 505 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 505 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 505 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 505 baxış
Seçilmişlər
icon