“Uşaqlar itib, bilmirik ki, kim aparıb” | Yağış sakinləri acınacaqlı duruma saldı
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər yağan aramsız leysan yağışları Hacıqabul rayonunda ciddi fəsadlara yol açıb.
Güclü yağıntıların yaratdığı sel suları bir çox yaşayış evini basıb, sakinləri çətin vəziyyətə salıb.
“Əlil övladım suyun içində qalmışdı, onu güclə çıxarmışam. Bizimlə heç kim maraqlanmır”, ‒ sakin qeyd edib.
“Yoldaşım xəstədir, qonşuların köməkliyi ilə onu evdən çıxartdıq. Uşaqların ikisi itib, bilmirik ki, kim aparıb. Uşaqların məktəb əşyaları, hər şey suyun içində qalıb. Yeməyə çörəyimiz də yoxdur”, ‒ başqa bir sakin bildirib.
Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda su basan ərazilərə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikaları cəlb olunub. Bildirilib ki, aidiyyəti qurumlar tərəfindən ərazidə gücləndirilmiş iş rejimində tədbirlər həyata keçirilir.
#Yağışın fəsadları teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- Maştağada güclü yağış vətəndaşın evinin divarını uçurdu - Baku TV
- Qubada iki kəndi birləşdirən yolda qorxulu vəziyyət - Baku TV
- "Haradadır icra nümayəndəsi?!" - Biləcəridə böyük təhlükə | "Həm tıxac yaradır, həm də..." - Baku TV
