Pleyeri seçin:

Uşaqlara elə anormal ad qoyurlar ki... | Hansı halda adımızı dəyişə bilərik?

20 noyabr 2024 442 baxış

Bəzi hallarda valideynlər övladlarına onların gələcəyini düşünmədən uğursuz adlar qoyurlar. Yaxşı ad seçimi isə valideynin övladına ən gözəl hədiyyəsidir.

Adlarımız həyatımız boyu ən çox eşitdiyimiz sözdür. Bu sözün yaxşı səslənməsi, müsbət aura yaratması çox önəmlidir. Əslində, övladlarımıza verdiyimiz adlar valideynlərin gələcəkdə onların taleyini necə görmək arzusunun təzahürüdür. Bugünkü dövrümüzdə adlarını dəyişmək arzusunda olanlar da az deyil. Qanunvericiliyə əsasən, 18 yaşı tamam olan hər bir vətəndaş öz adını, ata adını və soyadını dəyişdirə bilər.

Bəs görəsən, insanlar ad dəyişiminə necə münasibət bildirirlər?

“Elə adlar var ki, doğrudan da dəyişdirilməlidir. Bəzi cavanlar onlara qoyulan ada görə utanırlar. Bir də uşaqlara qısa ad qoymaq lazımdır ki, çağıranda qısaltmasınlar”, – Baku TV-nin mövzu ilə bağlı keçirdiyi sorğu zamanı sakin deyib.

Sosioloq Yusif Nəbiyev isə insanların adlarını dəyişmək səbəblərinin müxtəlif olduğunu söyləyib: “İlk ağla gələn səbəb insanın öz adını bəyənməməsidir. Bəzən uşaqlara Xətkeş, Traktor kimi anormal adlar qoyurlar. Onlar da öz adlarını dəyişmək istəyirlər. Mənfi kredit tarixçəsi olan şəxslər də adlarını dəyişə bilirlər ki, bankda qara siyahıdan çıxsınlar”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən, vətəndaş ərizə ilə müraciət etməlidir.

Ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi, şəxs nikahdadırsa, nikah haqqında şəhadətnaməsi, şəxsin nikahı pozulubsa, pozulması haqqında şəhadətnamə, şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum haqqında şəhadətnamələri, şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti, hərbi bileti notarial qaydada təsdiq edilən surət, 3x4-ə ölçüdə 2 ədəd fotoşəkil və rüsumun ödənilməsinə dair sənədləri olmalıdır.

“Dövlət rüsumu haqqında" Qanuna əsasən adın, soyadın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə dövlət rüsumu 15 manatdır.

Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV

Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 442 baxış
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 442 baxış
Bloqerlərin reklam etdiyi əmlak ofisi kütləvi dələduzluqda ittiham olunur - Baku TV

Bloqerlərin reklam etdiyi əmlak ofisi kütləvi dələduzluqda ittiham olunur - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 442 baxış
Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT

Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT

Cəmiyyət
25 sentyabr 2026 442 baxış
"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 442 baxış
"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

Cəmiyyət
25 sentyabr 2026 442 baxış
“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

Cəmiyyət
25 sentyabr 2026 442 baxış
Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 sentyabr 2026 442 baxış
Formula 1 könüllüləri Bakıda tarix yazır

Formula 1 könüllüləri Bakıda tarix yazır

Cəmiyyət
25 sentyabr 2026 442 baxış
"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 442 baxış
Seçilmişlər
icon