Ad və soyadını dəyişdirmək istəyənlər bu xəbəri mütləq izləsin
Ali Məhkəmə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini açıqlayıb.
Qərara görə, şəxsi zövq, emosional bağlılıq və ya sosial səbəblər bu dəyişikliyə əsas vermir. Ad və soyad yalnız real, ciddi və əsaslı çətinliklər olduqda dəyişdirilə bilər.
Məhkəmə xatırladıb ki, ad insanın özünü tanıma vasitəsidir, amma bu hüquq mütləq deyil. Qanun, ictimai maraqlar və başqalarının hüquqları nəzərə alınmalıdır.
Qərarda həmçinin vurğulanır ki, uşağa gülünc, cinsinə uyğun olmayan və ya mənfi çağırışlar daşıyan adların verilməsinə yol verilmir. Dövlət dili, milli adqoyma ənənələri və qeydiyyat sisteminin dəqiqliyi də əsas şərtlərdəndir.
Konkret işdə isə vətəndaş adının daha yaxşı səsləndiyini düşündüyü üçün dəyişiklik istəyib. Lakin bu, kifayətli səbəb sayılmayıb. İlk instansiya və apellyasiya məhkəmələri iddianı təmin etməyib. Ali Məhkəmə də onların qərarını qüvvədə saxlayıb.
#Azərbaycan Respublikası Ali Məhkəməsi teqi istifadə olunub
- "Hakim öz vəzifəsindən sui-istifadə edir" | Sakinlərin iddiasına Ali Məhkəmədən cavab - Baku TV
- Faizlə borc vermək hansı hallarda qanunsuz fəaliyyət hesab olunur? - Baku TV
- 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərin məhkəməsində nələr yaşandı? - Baku TV
- “WhatsApp” mesajlarını yaymaq bu halda qadağandır | Ali Məhkəmədən qərar - Baku TV
- Vəzifəsindən azad edilən məktəb direktorunun şikayəti ilə bağlı Ali Məhkəmə qərar çıxardı - Baku TV
