Pleyeri seçin:

"Hakim öz vəzifəsindən sui-istifadə edir" | Sakinlərin iddiasına Ali Məhkəmədən cavab - Baku TV

04 sentyabr 2026 20 baxış

Paytaxtın Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən evlə bağlı mübahisə yaranıb.

Kərimovlar ailəsi 2011-ci ildə məhkəmə qaydasında evə dair dövlət reyestrindən çıxarış alaraq mülkiyyət hüququnu rəsmiləşdirib. Lakin ailənin sözlərinə görə, illər sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova evə dair iddia qaldırıb və məhkəmə onun tələblərini təmin edib.

Şikayətçi Riyad Kərimov bildirib ki, ailə 2011-ci ildə evə sənəd almaq üçün Yasamal Rayon Məhkəməsinə müraciət edib:

“2011-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət etdik ki, evimizə sənəd çıxaraq. Onda məlum oldu ki, bizim evimiz artıq 1998-ci ildə Mərdanova Xumara bağışlama və vərəsəlik yolu ilə keçirilib. Bizim isə bundan heç bir xəbərimiz olmayıb.

Bundan sonra yenidən iddia qaldırdıq, qonşulardan ərizələr aldıq. Hakim Ayaz Məmmədov Xumar Mərdanova ilə eyni qrupda oxuduqlarını bildirdi. Onunla əlaqə saxladı və Xumar Mərdanovaya dedi ki, bu insanlar 70 ilə yaxındır burada yaşayırlar. Həmçinin bildirdi ki, Xumar məhkəməyə gəlməyəcək və heç bir iddiası yoxdur. Həqiqətən də belə oldu. 2011-ci ildə alqı-satqı müqaviləsi ləğv olundu, bağışlama müqaviləsi isə atamla bağlandı. Biz çıxarış aldıq”.

Digər şikayətçi Nüşabə Hüseynova isə ailənin uzun illərdir həmin evdə yaşadığını və kommunal ödənişlərin də ailə üzvlərinin adına olduğunu bildirib:

“Bütün qaz, işıq, su, telefon və zibil ödənişləri mənim anamın adına olub. İndi isə bu Xumar Mərdanovanın kim olduğunu bilmirəm. Hakim öz vəzifəsindən sui-istifadə edir. Hər yerə əli çatır və bizi buradan çıxarır. Doqquz nəfər ilin bu vaxtında harada yaşamalıdır? İllərlə Xumar harada idi? Eşitdi ki, buralar sökülür, gəlib ev istəyir. İndi o hakimdir deyə əli hər yerə çatır? Bir belə adamı çölə-bayıra atmaq olarmı?!”.

Baş nazir yeni metro stansiyası ilə bağlı qərar verdi - Baku TV

Baş nazir yeni metro stansiyası ilə bağlı qərar verdi - Baku TV

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
Güzəştli mənzillər kimlərə qismət oldu? - AKTUAL GÜNDƏM

Güzəştli mənzillər kimlərə qismət oldu? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
Azərbaycanda ilk dəfə balıqtutma üzrə çempionat keçirilir - Baku TV

Azərbaycanda ilk dəfə balıqtutma üzrə çempionat keçirilir - Baku TV

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV

FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
Yasamalda binanın üzlüyü təhlükəli vəziyyət yaradıb - Baku TV CANLI

Yasamalda binanın üzlüyü təhlükəli vəziyyət yaradıb - Baku TV CANLI

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək - Baku TV

Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək - Baku TV

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
İçməli su kollektorundakı qəza ətraf əraziləri su altında qoydu - Baku TV

İçməli su kollektorundakı qəza ətraf əraziləri su altında qoydu - Baku TV

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
Sabahın havası bizi yenidən təəccübləndirəcəkmi? - Baku TV CANLI

Sabahın havası bizi yenidən təəccübləndirəcəkmi? - Baku TV CANLI

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
“Global Media Group” könüllü qanvermə aksiyasına qoşulub - Baku TV

“Global Media Group” könüllü qanvermə aksiyasına qoşulub - Baku TV

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
Tarixi binanın sahibi istədiyini edə bilər? - Abidəyə qanunsuz müdaxilə üzə çıxdı - Baku TV

Tarixi binanın sahibi istədiyini edə bilər? - Abidəyə qanunsuz müdaxilə üzə çıxdı - Baku TV

Cəmiyyət
04 sentyabr 2026 20 baxış
Seçilmişlər
icon