"Axan su zirzəmiyə dolur" | Zirzəmiyə yığılan su yaşayışı dözülməz hala gətirib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsinin sakinləri yaşadıqları binanın zirzəmisində bir müddətdir içməli su sızıntısının olduğunu və suyun səviyyəsinin müntəzəm olaraq qalxdığını bildirirlər.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələ ki heç bir tədbir görülməyib.
Yaranan vəziyyət binada ciddi təhlükə mənbəyinə çevrilib. Vətəndaşların əsas narahatlığı zirzəmidən elektrik naqillərinin keçməsi və toplanan suyun elektrik cərəyanı ilə təmas ehtimalıdır.
Sakinlər narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Binanın zirzəmisində bir ilə yaxındır ki, içməli su sızıntısı var. Bu da öz növbəsində antisanitar vəziyyət yaradır. Digər problem isə zirzəmidən elektrik naqillərinin keçməsidir. Hazırda sakinlərin şəxsi təşəbbüsü və dəstəyi ilə su mütəmadi olaraq kənarlaşdırılır ki, naqillərin səviyyəsinə çatmasın. Zirzəmiyə toplanan su həmçinin torpaq qatını yuyur və nəticədə, binanı qəzalı vəziyyətə gətirə bilər. Aidiyyəti quruma müraciət etsək də, problem həllini tapmayıb", – vətəndaşlardan biri söyləyib.
#Yasamal rayonu teqi istifadə olunub
- Xalq rəssamı Cahangir Rüstəmovun oğlu vəfat edib
- Bakıda meyiti aşkarlanan şəxsin kimliyi müəyyən edilib - Baku TV CANLI
- Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV
- İnşaatçılar prospektində hərəkət necə tənzimlənəcək? | NİİM-dən sürücülərə cavab - Baku TV
- Sürücü piyadanı vurmamağa çalışır, o vaxt isə... | “Dəfələrlə qəza olub burada” - Baku TV
