Valerian hansı halda ölümcüldür? - Çox istifadə edilən dərmanlar barədə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Bir çox xəstələr yaranan narahatlığı aradan qaldırmaq üçün dərmanların tövsiyə olunan dozasını iki, hətta üç qat artıraraq istifadə edirlər.
Bu riskli taktika xüsusilə “Valerian” və “Korvalol” kimi sakitləşdirici dərmanların qəbulu zamanı geniş yayılıb.
Farmokoloq Aleksander Ediqer xəbərdarlıq edərək bildirib ki, belə dərmanların yarım şüşə istehlakı infarkta səbəb ola bilər.
Əsəb zamanı “40 damcı “Valerian” qəbul etmək tövsiyəsi əslində rəsmi təlimatlara ziddir. Tibbi reseptlərə görə, optimal doza yarıya qədərdir, yəni bir stəkan suya cəmi 20-30 damcı kifayətdir.
Bənzər vəziyyət “Korvalol”da da müşahidə olunur. Tövsiyələrə baxmayaraq, bəzi xəstələr güclü emosional stres anlarında dərmanın yarım şüşəsini istehlak edə bilirlər.
Mütəxəssis qəti şəkildə vurğulayır ki, tövsiyə olunan dozanı, xüsusən də bir neçə dəfə aşmaq qəbuledilməzdir.
