Pleyeri seçin:

"Valideynlərə də zərərdir, bizə də, tullayırıq" | Vahid məktəbli kitabçası niyə yoxdur? - Baku TV

03 sentyabr 2026 23 baxış

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideyn və şagirdlərlə yanaşı, məktəbli ləvazimatları satan sahibkarların da narazılığına səbəb olan məsələlərdən biri məktəbli kitabçalarının vahid formada olmamasıdır.

Vətəndaşların sözlərinə görə, dərs ilinin əvvəlində müxtəlif nəşriyyatların hazırladığı məktəbli kitabçaları alınır. Lakin tədris ili başlayandan sonra bəzi məktəblər və hətta ayrı-ayrı siniflər fərqli nəşriyyatların kitabçalarını tələb edir.

Valideynlər hesab edirlər ki, bütün məktəblərdə istifadə ediləcək vahid məktəbli kitabçasının müəyyənləşdirilməsi daha məqsədəuyğun olar.

Satıcılar isə bildirirlər ki, müxtəlif məktəblərin fərqli tələbləri səbəbindən bəzi məhsullar ümumiyyətlə satılmır və nəticədə əllərində qalır. Onların sözlərinə görə, bu vəziyyət sahibkarlara da maddi zərər vurur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qurum tərəfindən ümumi təhsil müəssisələrində hər hansı nəşriyyatın hazırladığı məktəbli kitabçasından istifadəyə dair vahid tələb və ya tövsiyə müəyyən edilməyib.

Qeyd olunub ki, məktəbli kitabçasının əldə edilməsi ilə bağlı qərar müəllim və valideynlərin qarşılıqlı razılığı əsasında qəbul edilə bilər. Bununla yanaşı, məktəb və ya müəllim tərəfindən şagirdlərdən məktəbli kitabçasının alınmasının tələb edilməsi yolverilməzdir.

Agentlikdən vurğulanıb ki, şagirdlərin summativ və formativ qiymətləndirilməsinin nəticələri müəllim tərəfindən iş dəftərlərində qeyd oluna bilər. Valideynlərin təhsilalanların qiymətləndirilməsi, təlim nəticələri və digər məsələlərlə bağlı məlumatlandırılması isə digər kommunikasiya vasitələri, o cümlədən rəqəmsal platformalar vasitəsilə həyata keçirilə bilər.

Əlavə edilib ki, təhsil prosesinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ümumi təhsil müəssisələrində elektron jurnal və elektron gündəliklərdən istifadənin genişləndirilməsi, eləcə də təhsilalanlar, valideynlər və təhsilverənlər üçün rəqəmsal imkanların artırılması istiqamətində işlər davam etdirilir.

Avtobusların gecikməməsi üçün yeni sistem tətbiq olunur

Avtobusların gecikməməsi üçün yeni sistem tətbiq olunur

Cəmiyyət
03 sentyabr 2026 23 baxış
60 ölkənin nümayəndələri beynəlxalq konfransda bir araya gəlib

60 ölkənin nümayəndələri beynəlxalq konfransda bir araya gəlib

Cəmiyyət
03 sentyabr 2026 23 baxış
Sərnişinlərin diqqətinə: Bu 5 marşrutda ödəniş qaydası dəyişdi - Baku TV CANLI

Sərnişinlərin diqqətinə: Bu 5 marşrutda ödəniş qaydası dəyişdi - Baku TV CANLI

Cəmiyyət
03 sentyabr 2026 23 baxış
Bu 5 marşrut yeni ödəniş sisteminə keçdi | Sərnişinlər üçün nə dəyişəcək? - Baku TV

Bu 5 marşrut yeni ödəniş sisteminə keçdi | Sərnişinlər üçün nə dəyişəcək? - Baku TV

Cəmiyyət
03 sentyabr 2026 23 baxış
"10 gün vaxt verib ki, boşaldın evi" | Hakim vətəndaşın evini əlindən alır? - Baku TV

"10 gün vaxt verib ki, boşaldın evi" | Hakim vətəndaşın evini əlindən alır? - Baku TV

Cəmiyyət
03 sentyabr 2026 23 baxış
IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başladı - Baku TV

IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başladı - Baku TV

Cəmiyyət
03 sentyabr 2026 23 baxış
"Arıqladır" deyib satırdılar, AQTA hərəkətə keçdi - Baku TV CANLI

"Arıqladır" deyib satırdılar, AQTA hərəkətə keçdi - Baku TV CANLI

Cəmiyyət
03 sentyabr 2026 23 baxış
Qoz-fındıq yeni qan damarlarının yaranmasını stimullaşdıra bilər

Qoz-fındıq yeni qan damarlarının yaranmasını stimullaşdıra bilər

Cəmiyyət
03 sentyabr 2026 23 baxış
Bu ərazidə sakinləri hər an itlər parçalaya bilər! - Baku TV CANLI

Bu ərazidə sakinləri hər an itlər parçalaya bilər! - Baku TV CANLI

Cəmiyyət
03 sentyabr 2026 23 baxış
34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV

34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV

Cəmiyyət
02 sentyabr 2026 23 baxış
Seçilmişlər
icon