Pleyeri seçin:

“Vallah, o pulla heç nə etmək olmur” - Avtomobilləri niyə utilizasiyaya vermək istəmirlər? - Baku TV

12 fevral 2026 576 baxış

Bu gün yollarda hərəkət edən minlərlə avtomobil var ki, onların istismar müddəti başa çatıb.

Baxımsız vəziyyətdə olan, banı çürümüş, təhlükəsizlik yastığı olmayan, əyləc sistemi sıradan çıxmış bu avtomobillər potensial təhlükə yaradır.

Dövlət bu tip avtomobillər üçün utilizasiya proqramını tətbiq edir. Lakin bəzi vətəndaşlar hələ də istismar müddətini başa vurmuş avtomobilləri utilizasiyaya vermək istəmirlər. Bəs bunun səbəbi nədir?

Sürücülər utilizasiya üçün verilən məbləğin onları qane etmədiklərini bildirirlər: “1200-1500 manata maşın almaq mümkündür?! O pulla nə maşın ala bilərsən, nə də başqa bir şey”.

2024-cü ilin 15 oktyabrından icrasına başlanılan utilizasiya proqramına bu günə qədər 20 mindən çox avtomobil təqdim edilib. “Təmiz Şəhər”in şöbə müdiri Mirzə Laçınov, 2026-cı ilin başlanğıcından etibarən utilizasiya müraciətlərində artımın müşahidə edildiyini qeyd edir. Onun sözlərinə görə, utilizasiya üçün hər gün 100-dən çox müraciət edilir.

Rəqəmlər əvvəlki illərə nisbətən yüksəkdir. Lakin yetərli deyil.

Elməddin Muradlı bunun əsas səbəbini belə izah edir:

“Hazırda utilizasiyaya verilən maşınların əksəriyyəti dağlarda, bağlarda və çəpərlərin dibində qalmış köhnə avtomobil skeletləridir. Qalanları isə dəmir yığan və mal, heyvan dərisi daşıyan sürücülərin idarə etdiyi, ümumi istifadə yollarına buraxılmayan maşınlardır. Bu maşınlar əsasən məhəllələrdə və gizli yerlərdə sürülürdü və onlar utilizasiyaya verilib. Lakin ümumilikdə yollarda hələ də minlərlə istismara yararsız avtomobil qalır. Onları prosesə cəlb etmək və stimullaşdırmaqdan söhbət gedir. Bu isə mənim fikrimcə, yaxın vaxtlarda reallaşması mümkün olmayan bir məsələdir”.

Banner
“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

Cəmiyyət
04 noyabr 2026 576 baxış
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

Cəmiyyət
04 noyabr 2026 576 baxış
Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Cəmiyyət
04 noyabr 2026 576 baxış
"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

Cəmiyyət
04 noyabr 2026 576 baxış
Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 noyabr 2026 576 baxış
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 576 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 576 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 576 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 576 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 576 baxış
Seçilmişlər
icon