Pleyeri seçin:

Köhnə avtomobilini yeniləmək istəyənlərin nəzərinə: 1050 manatlıq fürsət nədir? - Baku TV

10 sentyabr 2026 273 baxış

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən utilizasiya mərkəzinə hər gün onlarla köhnə və sıradan çıxmış avtomobil təhvil verilir. Burada emal olunan nəqliyyat vasitələri həm ətraf mühitin qorunmasına töhfə verir, həm də sahiblərinə gəlir qazandırır.

Nəqliyyat vasitələrinin utilizasiyası prosesi barədə “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı məlumat verib.

“Nəqliyyat vasitələrinin utilizasiyası prosesinə 2024-cü ilin oktyabr ayından başlanılıb və bu iş qeydiyyatdan keçmiş utilizatorlar tərəfindən həyata keçirilir. Hazırda ölkə üzrə dörd utilizator qeydiyyatdan keçərək fəaliyyət göstərir.

Utilizasiya məntəqələrinə köhnəlmiş, istifadəyə yararsız vəziyyətə düşmüş nəqliyyat vasitələri təhvil verilir və burada utilizasiya prosesinə cəlb olunur. Əldə olunmuş təkrar emal xammalı istehsal və sənaye müəssisələrinə göndərilir.

Bu proses həm ətraf mühitin qorunmasına xidmət edir, həm də nəqliyyat vasitəsini təhvil verən şəxslərə birdəfəlik ödəniş və ya təsdiqedici sənəd almaq imkanı yaradır. Bu da vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, yəni yararsız nəqliyyat vasitəsini dəyərə çevirməsinə şərait yaradır.

Nəqliyyat vasitələrinin təsnifatından asılı olaraq ödəniş məbləğləri fərqlənir. Məsələn, minik avtomobillərinin sahibləri yerli istehsal olan yeni nəqliyyat vasitəsi almaq istədikdə 1500 manat dəyərində təsdiqedici sənəd əldə edirlər. Həmin sənədlərdən bir neçəsini toplayaraq yeni avtomobil almaq mümkündür. Vətəndaş birdəfəlik nağd ödənişə üstünlük verərsə, bu zaman 1050 manat məbləğində vəsait ala bilər”, – deyə o bildirib. 

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 273 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 273 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 273 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 273 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 273 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 273 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 273 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 273 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 273 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 273 baxış
Seçilmişlər
icon