Pleyeri seçin:

Vətəndaş bir vaxtlar icarəyə götürdüyü avtomobilə görə niyə işə düşdü? - Baku TV

11 iyul 2026 428 baxış

Avtomobil icarəyə götürən şəxs nəqliyyat vasitəsini sahibinə qaytarmasına baxmayaraq, hələ də həmin avtomobillə bağlı törədilən inzibati xətalara görə cərimələrin onun adına gəldiyini bildirir.

Şikayətçi Tural İbrahimovun sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün Xırdalan şəhərindəki müvafiq polis idarəsinə müraciət edib:

“Mənə bildirdilər ki, inzibati xətanı törədən şəxsi tapıb gətirməliyəm, o, könüllü ərizə yazmalı və cərimə onun adına keçirilməlidir. Lakin mən həmin şəxsi tapa bilmirəm. Digər tərəfdən isə mənim belə bir səlahiyyətim yoxdur ki, həmin adamı məcburən polisə gətirim. Avtomobilin əsl sahibi isə nəqliyyat vasitəsini satdığını və cərimələrin ona aid olmadığını bildirir. Görünür ki, avtomobil alqı-satqısı rəsmi sənədləşdirilmədən həyata keçirilib. Əgər yeni sahibinə etibarnamə verilsəydi, cərimələr birbaşa onun adına yazılardı”.

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev bildirib ki, mərkəzi informasiya sistemində qeyd edilən vətəndaş nəqliyyat vasitəsi üzrə son etibarnamə verilmiş şəxs kimi qeydiyyatda olduğundan qanunvericiliyin tələblərinə əsasən, elektron qaydada tərtib edilən inzibati protokol onun barəsində rəsmiləşdirilib:

“Adına tərtib edilmiş elektron protokolda dəyişiklik edilməsi üçün həmin şəxs nəqliyyat vasitəsini faktiki idarə etmiş şəxslə birlikdə aidiyyəti üzrə müraciət etməlidir. Müraciət əsasında araşdırma aparıldıqdan sonra mərkəzi informasiya sistemində tərtib edilmiş protokol üzrə müvafiq dəyişikliyin edilməsi mümkündür”.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 428 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 428 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 428 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 428 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 428 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 428 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 428 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 428 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 428 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 428 baxış
Seçilmişlər
icon