Vətəndaşlar ödənişsiz verilən dərmanlardan niyə məlumatsızdır?
Yeniliklərdən dərhal xəbərdar olun
Bəstəboy uşaqların boyunu artırmaq üçün nəzərdə tutulan dərmanlar dövlət tərəfindən təmin edilir.
Əksər valideynlər belə preparatların pulsuz verildiyindən xəbərsizdirlər.
Bəs görəsən, bəstəboyluqdan əziyyət çəkən uşaqların valideynləri belə dərmanları almaq üçün hara və necə müraciət etməlidirlər? Proses necə aparılır?
TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, boy hormonunun müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri ilə təminatı Respublika Endokrinoloji Mərkəzi həyata keçirir. Mərkəz 1700-ə yaxın qeydiyyatda olan şəxsin müalicəsi üçün istifadə olunan dərman vasitələri ilə təmin olunub.
Sözügedən preparatlar yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələrə verilir.
Mütəxəssislər bildiriblər ki, boy artımı qızlarda 14-15, oğlanlarda 15-16 yaşına qədər, nadir hallarda isə 23-25 yaşa qədər davam edir. Odur ki, boyunun balaca olmasından şikayətlənənlər gec olmadan sahə poliklinikasına müraciət edərək bu ödənişsiz dərmanlardan yararlana bilərlər.
#Dərman vasitələri teqi istifadə olunub
- Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV
- “Mədənizi darmadağın edəcək, içməyin!” | “Dərman” deyib satdılar, nəticəsi şok etdi - Baku TV
- “Qırmızı Körpü” postunda şübhəli yük avtomobili saxlanıldı - Baku TV
- “Qırmızı Körpü” postunda saxlanılan yük maşınında görün nələr aşkarlandı - Baku TV CANLI
- "Gənclik iksiri" adlanan bu preparat ilk dəfə insan bədəninə yeridildi
