Cəmiyyət
Pleyeri seçin:
Vilayət Eyvazov maşınla adam vuran polis rəisi ilə bağlı əmr verdi
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.
“Oxu.Az”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, Ədalət Sadıqov bir müddət əvvəl idarə etdiyi KİA markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuşdu. Hadisə zamanı xəsarət alan Samir Sadıqov xəstəxanaya aparılarkən yolda ölmüşdü.
Kopyalandı
Seçilmişlər