Xaçmazda Abad məhəllə istifadəyə verildi | İcra başçısı sakinlərlə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
31 dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl ərəfəsində Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən 62, 62a və 64 saylı binaların həyətində salınan “Abad məhəllə” istifadəyə verilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə söhbətgah və oturacaqlar qoyulub, uşaq-əyləncə və idman qurğuları quraşdırılıb, yeni yaşıllıqlar salınıb.
Nümunəvi məhəllədə sakinlərlə görüşən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibətilə təbriklərini səsləndirib, xoş arzularını çatdırıb. Elnur Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda belə layihələr davam etdiriləcək.
İcra başçısı sakinlərlə həmsöhbət olub, müraciət və təkliflərini dinləyib. Onlara nümunəvi məhəllədə yaradılan şəraitdən səmərəli şəkildə istifadə etməyi tövsiyə edib.
Sakinlər görülən işləri yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
