Pleyeri seçin:

Xaçmazda güclü seldən sonra çətin vəziyyətdə qalan ailə şikayətçidir - Baku TV

06 iyun 2026 431 baxış

Aprelin 6-da yağan leysan yağışları Xaçmaz rayonunun Qaracəlli kəndində bir sıra fəsadlara yol açıb.

Kənd sakini Mais Daşdəmirov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, güclü yağışlar və Alpan çayının daşması nəticəsində evinə ciddi ziyan dəyib və tikili qəzalı vəziyyətə düşüb.

"Evin içi bir metrə qədər su ilə dolmuşdu, əşyalarımız – soyuducu, televizor, paltaryuyan xarab oldu. Ev təxminən 30-40 santimetr çökdüyü üçün qapı-pəncərələr bağlanmır, divarlar uçur. Nümayəndələr gəlib şəkillər çəkdilər, burada qalmağın təhlükəli olduğunu bildirib çıxmağımızı məsləhət gördülər. Fövqəladə Hallar Nazirliyi həyətdə çadır qursa da, xəstə olduğum üçün rütubətli yerdə qala bilmirəm, hazırda kirayədə yaşayırıq. Ailəmiz dörd nəfərdən ibarətdir, iki oğlum hərbi xidmətdədir. Dəfələrlə aidiyyəti qurumlara zəng etsəm də, rəsmi bir akt tərtib olunmayıb", – Mais Daşdəmirov söyləyib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cari ilin yaz aylarında Xaçmaz rayonunda müşahidə olunan güclü leysan yağışları və sel suları nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərinə texniki baxışın keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin 25 may 2026-cı il tarixli məktubuna uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən olunan müvafiq müddətdə və qaydada Xaçmaz Rayon İcra Hakimiyyətinin təqdim etdiyi siyahı üzrə qəzalı evlərə yerində baxış keçiriləcək və müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 431 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 431 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 431 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 431 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 431 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 431 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 431 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 431 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 431 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 431 baxış
Seçilmişlər
icon