Xaçmazda təntənəli tədbir | Bir qrup təhsil işçisi mükafatlandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Xaçmaz rayonunda görülən işlərdən danışıb.
Bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Xaçmaz rayonunda da müasir standartlara uyğun yeni məktəb binaları tikilərək istifadəyə verilir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxış edərək ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıb.
Tədbirdə bir qrup qabaqcıl təhsil işçisinə Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim olunub.
Həmçinin 70 illik yubileyini qeyd edən şəhid anası, təqaüdçü müəllim Timziyyə Məmmədova və şəhid anası Bibixanım Mirzəmmədovaya xatirə hədiyyələri verilib.
Sonda Azərbaycan təhsilinə həsr olunan videoçarx nümayiş etdirilib.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
