Pleyeri seçin:

Xaricdə yaşayan bloger İmaməddin Əhlimanov istintaqa dəvət edilib

11 aprel 2025 364 baxış

Baş Prokurorluq xaricdə yaşayan bloger İmaməddin Əlimanovu istintaqa dəvət edib. Bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib.

Məlumatda bildirilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Əlimanov İmaməddin İntiqam oğluna barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Təqsirləndirilən şəxs 06.10.1985-ci il təvəllüdlü Əlimanov İmaməddin İntiqam oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

İmaməddin Əlimanov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 5 may 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir.

İmaməddin Əlimanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 27 may 2021-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda “Youtube” sosial media hesabında “Xalq tv” adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs İmaməddin Əlimanova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 364 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 364 baxış
Kəlbəcər dağlarından paytaxta gəlib çatan dad | “Balland” brendi - Baku TV

Kəlbəcər dağlarından paytaxta gəlib çatan dad | “Balland” brendi - Baku TV

Cəmiyyət
20 dekabr 2025 364 baxış
“Vaxt var idi, taksi də qalxmırdı” | Bakının unikal qəsəbəsi: Sakinlərin gözü ilə Bayıl - Baku TV

“Vaxt var idi, taksi də qalxmırdı” | Bakının unikal qəsəbəsi: Sakinlərin gözü ilə Bayıl - Baku TV

Cəmiyyət
20 dekabr 2025 364 baxış
Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV

Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV

Cəmiyyət
20 dekabr 2025 364 baxış
“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

“Meyxananın sütünlarından biri vəfat etdi” | Meyxanaçı Ağakərim son mənzilə yola salındı - Baku TV

Cəmiyyət
20 dekabr 2025 364 baxış
Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Bakıda tibbi xidmətlərin sayı 335-ə qədər artırılıb

Cəmiyyət
20 dekabr 2025 364 baxış
Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Cəmiyyət
20 dekabr 2025 364 baxış
Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 364 baxış
Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 364 baxış
Seçilmişlər
icon