Xaricdən dərman gətirməklə bağlı bu maneə aradan qalxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 1-dən Azərbaycana gələn və ya xaricə gedənlər şəxsi istifadə üçün reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Bu, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna görə, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş, yəni təsiredici maddənin adı ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər.
Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq quruma təqdim edilir. İki iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğu yoxlanılır və elektron sistemdə ya təsdiq, ya da imtina edilir.
Resept təsdiq olunduqdan sonra orada göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər.
#Dərman vasitələri teqi istifadə olunub
- Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV
- “Mədənizi darmadağın edəcək, içməyin!” | “Dərman” deyib satdılar, nəticəsi şok etdi - Baku TV
- “Qırmızı Körpü” postunda şübhəli yük avtomobili saxlanıldı - Baku TV
- “Qırmızı Körpü” postunda saxlanılan yük maşınında görün nələr aşkarlandı - Baku TV CANLI
- "Gənclik iksiri" adlanan bu preparat ilk dəfə insan bədəninə yeridildi
