Xüsusi təyinatlılar hərəkətə keçdi | Tapşırıqlar yerinə yetirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimlər davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Yüksək dağlıq ərazidə xizəklə taktiki yerdəyişmə fəaliyyətlərini icra edən xüsusi təyinatlılar qarlı ərazidə qayaların və maneələrin keçilməsi, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş daşıma vasitələri ilə təxliyəsi, eləcə də xüsusi əməliyyatların icrası üzrə digər tapşırıqları yerinə yetiriblər.
Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar peşəkarlıq nümayiş etdiriblər.
#Xüsusi Təyinatlı Qüvvələr teqi istifadə olunub
- Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür - Baku TV
- XTQ-nin döyüş hazırlığı yoxlanılıb
- "Sıldırım qayaların üstündə bir şəhəri azad etməyə hər ordunun qüdrəti çatmazdı" | Vaqif Cəbrayılov
- Xüsusi Təyinatlı Qüvvələr hərbi yürüşdə iştirak edib
- ”Bizim dəstənin 70 faizi şəhid oldu” | Qazi Şuşanın azad olunmasından danışdı
