Yağ və şəkəri mütləq yemək lazımdır | Rusiyalı həkimdən gözlənilməz açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Beyin insan bədənində ən piyli orqandır”.
Bu barədə rus tibb elmləri doktoru, professor Kirill Proşayev “Gazeta.ru”ya maraqlı açıqlamalar verərkən deyib.
“Həqiqətən, beyinin təxminən 75%-ni su təşkil edir. Amma suyu istisna etməklə quru maddə əsasında hesablasaq, o zaman beyinin 80%-nin yağ olduğu ortaya çıxır. Ona görə də yağları qida rasionundan çıxaran insanlar səhv hərəkət edirlər. Çünki yağ çatışmazlığı şəraitində beynin fəaliyyəti çətinləşir”, – deyə həkim qeyd edib.
Onun sözlərinə görə, beyini qidalandırmaq üçün orqanizmə xüsusilə faydalı doymamış yağ turşuları daxil olmalıdır.
“Məsələn, bu turşular balıq və dəniz məhsullarında, bitki yağlarında, qoz-fındıq, paxlalı bitkilərdə və bəzi digər məhsullarda mövcuddur”, – deyə K.Proşayev əlavə edib.
Bundan başqa, mütəxəssisin fikrincə, beynin effektiv işləməsi üçün həmçinin şəkərə də ehtiyac var. İstehlak etdiyimiz qlükozanın təxminən 25%-i beyinə bədəndə müxtəlif prosesləri işə salmaq üçün lazımdır.
“Şəkər beyin üçün enerjidir, ona görə də “şəkər ağ ölümdür” ifadəsi tamamilə yanlışdır. Beynin qlükozaya ehtiyacı var. Amma bu, o demək deyil ki, biz şəkər yeməliyik. Tərkibində şəkər olan qidaları qida rasionunuza daxil etmək vacibdir, lakin normanı aşmamaq lazımdır. Fövqəladə hallarda, beyin həddindən artıq məlumat yükündən donduqda və hələ də işləməyə davam etmək məcburiyyətindəsinizsə, bir parça şokolad və ya dadlı konfet zərər verməyəcək, əksinə, kömək edəcək”, – deyə həkim vurğulayıb.
