Yağışlı hava barədə təcili məlumat | Dövlət Xidməti məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur. Gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 31 mm (aylıq normanın 134%-i), Qobustanda 47 mm (aylıq normanın 94%-i), Şabranda 34 mm (aylıq normanın 116%-i), əksər rayonlarda isə 30 mm-dək yağıntı qeydə alınıb.
Yağan intensiv leysan xarakterli yağışlar nəticəsində aprelin 16-sı səhər saatlarından başlayaraq Şabran rayonu ərazisindən keçən Gilgilçaydan və Quba rayonu ərazisindən keçən Qudyalçaydan sel keçir.
Dağlıq ərazilərdə qar yağıb. Yağan qarın hündürlüyü Xınalıqda 37, Qrızda 30, Qusarda 17, əksər dağlıq rayonlarda isə 5 sm qeydə alınıb.
Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda isə 18 m/s-dək güclənib.
Mövcud hava şəraiti aprelin 17-si gündüz saatlarınadək davam edəcək.
#Hava proqnozu teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI
- Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI
- Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
