Pleyeri seçin:

Yanacaqla işləyən avtomobillər bu tarixə qədər istismardan çıxarılacaq? - Baku TV

31 oktyabr 2026 36 baxış

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, yük maşınlarının dəmir yolu nəqliyyatına keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Bəs bu tədbirləri 2035-ci ilədək həyata keçirmək mümkün olacaq?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, avtomobil parkının strukturunu qısa müddətdə tamamilə dəyişmək çətin olsa da, daha uzunmüddətli perspektivdə buna nail olmaq mümkündür.

İqtisadçı Xalid Kərimli isə sözügedən tədbirlərin 2035-ci ilədək həyata keçirilməsinin böyük investisiya tələb edə biləcəyini düşünür. Bəs bu müddətdə avtomobil parkının strukturunu dəyişmək nə dərəcədə realdır?

Onun sözlərinə görə, avtomobillər köhnəldikcə və vətəndaşlar yeni nəqliyyat vasitələri aldıqca hibrid və elektrik mühərrikli modellərə daha çox üstünlük verəcəklər. Bu prosesin sürətlənməsində dövlət təşviqləri də mühüm rol oynaya bilər.

İqtisadçı elektromobillərə güzəştlərin tətbiqini, daxiliyanma mühərrikli avtomobillərə əlavə rüsumların müəyyənləşdirilməsini, köhnə avtomobillərin utilizasiyasını və enerji doldurma infrastrukturunun inkişafını bu istiqamətdə vacib addımlar kimi qiymətləndirir.

Xalid Kərimli bildirir ki, artıq ölkəyə idxal olunan avtomobillər arasında elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin payı artır.

İqtisadçının sözlərinə görə, Azərbaycanda elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı artmaqdadır. 2026-cı ilin birinci yarısında bu nisbət 22 faiz təşkil edib. 2030-cu ildə bu göstəricinin 30 faizə çatacağı gözlənilir. “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nın bu hədəfə uyğun olduğunu qeyd edə bilərik.

Kopyalandı
Banner
İnfarkt gəlməmiş hansı əlamətlərə diqqət etməliyik? - Diqqət edilməyən ağrılar nəyin xəbərçisidir?

İnfarkt gəlməmiş hansı əlamətlərə diqqət etməliyik? - Diqqət edilməyən ağrılar nəyin xəbərçisidir?

Cəmiyyət
31 oktyabr 2026 36 baxış
Bu tarixdən yanacaqla işləyən avtomobillər istismardan çıxarılacaq? - Baku TV CANLI

Bu tarixdən yanacaqla işləyən avtomobillər istismardan çıxarılacaq? - Baku TV CANLI

Cəmiyyət
31 oktyabr 2026 36 baxış
Oğuzda ilk dəfə yerli etnik qrupların mədəniyyət festivalı keçirilib - Baku TV

Oğuzda ilk dəfə yerli etnik qrupların mədəniyyət festivalı keçirilib - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 36 baxış
İtlərin təlim bacarıqları, komandaları yerinə yetirməsi nümayiş etdirilib - Baku TV

İtlərin təlim bacarıqları, komandaları yerinə yetirməsi nümayiş etdirilib - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 36 baxış
“Heç bir ölkədə bu şərait yaradılmır” | Doğma yurdlarına qayıdan ağdamlılar - Baku TV

“Heç bir ölkədə bu şərait yaradılmır” | Doğma yurdlarına qayıdan ağdamlılar - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 36 baxış
“Bir qram da yoxdur, su üzünə həsrətik” | Sakinlərin illərdir bitməyən problemi - Baku TV

“Bir qram da yoxdur, su üzünə həsrətik” | Sakinlərin illərdir bitməyən problemi - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 36 baxış
“1 xalçanı satanda ev alırdılar” | 20 min manatlıq suvenirin əsl qiyməti 30-40 manat imiş? - Baku TV

“1 xalçanı satanda ev alırdılar” | 20 min manatlıq suvenirin əsl qiyməti 30-40 manat imiş? - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 36 baxış
Çoxmərtəbəli binada yaşamaq sakinlər üçün niyə problemə çevrilib? - 24 SAAT

Çoxmərtəbəli binada yaşamaq sakinlər üçün niyə problemə çevrilib? - 24 SAAT

Cəmiyyət
30 oktyabr 2026 36 baxış
Çoxmərtəbəli binada hansı problemlər yaşanır? | Sakinlər "Baku TV"yə müraciət edib - Baku TV

Çoxmərtəbəli binada hansı problemlər yaşanır? | Sakinlər "Baku TV"yə müraciət edib - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 36 baxış
Oktyabrın son günü hava necə olacaq? | Hava haqqında məlumat - Baku TV

Oktyabrın son günü hava necə olacaq? | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 36 baxış
Seçilmişlər
icon