Pleyeri seçin:

Yanğına səbəb olan əşyalar | Hamınızın evində var, amma bilmirsiniz ki...

15 aprel 2025 434 baxış

Mənzillərinizdə potensial fəlakətlərin qarşısını almaq üçün bu cihazlardan istifadəni bitirdikdən dərhal sonra fişini şəbəkədən çıxarın.

Əgər evdə olmadığınız zamanlarda belə tosterin fişini şəbəkədə qoymağa üstünlük verirsinizsə, bəlkə də bu vərdişinizi dəyişməyin vaxtı çatıb. Ancaq bəzi cihazlar şəbəkədə qala bilər, lakin digərləri mütləq söndürülməlidir.

"Better Homes & Gardens" jurnalı evdən çıxmazdan əvvəl nə üçün məişət cihazlarını yoxlamaq lazım olduğunu araşdırıb.

Siyahının ilk pillsəsində tosterlər və hava qızartma cihazları yer alıb. Çünki quru çörək qırıntıları və yağ damcıları qızdırıcı hissələrdə toplanaraq toster və hava qızartma cihazlarını ən böyük təhlükə mənbəyinə çevirir.

Ən yaxşı tədbirlərdən biri onları düzənli şəkildə təmizləməkdir. Digər ağıllı hərəkət isə istifadəni bitirdikdən dərhal sonra fişini şəbəkədən çıxarmaq və evdən çıxmazdan əvvəl bunu yoxlamaqdır.

Siyahıda saça qulluq cihazları ikinci pillədə qərarlaşıb. Əgər düz və ya buruq saç ütülərindən istifadə edirsinizsə, evdən çıxmazdan əvvəl onların söndürüldüyünə əmin olun. Hətta avtomatik söndürmə funksiyası olsa belə, istifadəni bitirdikdə fişini çıxarmaq və tamamilə soyuyana qədər evdən çıxmamaq ən təhlükəsiz yoldur.

Üçüncü yerdə şarj cihazları və kabellərdir. Lazım olmadıqda kabelləri şəbəkədə qoymaq şarj cihazının ömrünü qısaldaraq tez-tez dəyişməyə səbəb ola bilər. Bundan əlavə, uzun müddət şəbəkədə qalan kabellər həddindən artıq qızaraq təhlükə yarada bilər.

İstilik cihazları siyahıda dördüncü yerdə qərarlaşıb. Bu cihazlardan istifadəni bitirdikdən dərhal sonra söndürün və fişini şəbəkədən çıxarın, hətta cihaz işləməsə belə. Çünki şəbəkədə qalan fiş yanğın təhlükəsi yarada bilər. Nəhayət siyahının sonuncu pilləsində elektrikli çaydanlar yer alıb. Bu çaydanlar suyu tez qaynatmaq üçün nəzərdə tutulsa da, evdə olmadığınız zaman cihazın işləməsi və ya həddindən artıq qızması yanğın riski yarada bilər.

Beləliklə bu sadə tədbirlərlə həm enerjiyə qənaət, həm də evinizdə təhlükəsizliyi təmin edə bilərsiniz. Unutmayın ki, kiçik diqqətsizliklər böyük problemlərə səbəb ola bilər!

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 434 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 434 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 434 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 434 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 434 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 434 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 434 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 434 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 434 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 434 baxış
Seçilmişlər
icon