Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə nə qədər olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8% çox proqnozlaşdırılır”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğini isə 569 manat və ya bu ilin sonuna gözlənilən göstəricidən 8% çox proqnozlaşdırılır:
“Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manat, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaq. Növbəti ildə 8%-lik artımla pensiyaçılara daha əhatəli dəstək tədbirləri təqdim edilə biləcək”.
#Sahil Babayev teqi istifadə olunub
- Serbiyalı nazirdən mühüm mesaj | "Azərbaycan Serbiya üçün sadəcə qaz tədarükçüsü deyil" - Baku TV
- Hökumət tərəfindən özəl sektoru hansı imtiyazlar gözləyir? - Baku TV
- Büdcədə neftin qiyməti niyə 65 dollar hesablanıb? - Baku TV
- Nazir son 20 ilin ən yüksək göstəricisini açıqladı
- Son 5 ildə qeyri-neft ÜDM-də nə qədər artım olub?
