Pleyeri seçin:
Yaz fəslində də qar yağacaq | Dövlət Xidmətindən hava haqqında məlumat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 21-22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 8-13 dərəcə isti olacaq.
Bölgələrdə də 24-ü gündüzədək yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 8-13, dağlıq ərazilərdə isə 0-3 dərəcə isti olacaq.
Kopyalandı
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
