Yeməkdən sonra mütləq bunu edin | Ramazandan sonra necə qidalanaq?
Yeniliklərdən dərhal xəbərdar olun
On bir ayın sultanı müqəddəs Ramazan ayı artıq başa çatıb.
Orqanizm bir ay ərzində ac və susuz qalmağa öyrəşib. İndi isə bayram qeyd edilir. Süfrələr yenə naz-nemətlərlə dolacaq.
Bəs bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizm əvvəlki qida vərdişinə necə qaytarılmalıdır?
Diyetoloq Ləman Süleymanova bildirib ki, səhər yeməyində asan həzm olunan karbohidratlara, yəni meyvə-tərəvəzlərə, meyvə şirələrinə üstünlük verilməlidir:
“Günorta yeməyini normal yemək, axşam yeməyini çox yüngül etmək lazımdır. Yeməkdən yarım saat sonra mütləq bitki çayına üstünlük verilməlidir. Beləliklə, rahat şəkildə rejimdən rejimə keçid etmək mümkündür”.
Mütəxəssislər onu da bildiriblər ki, qidanı birdən-birə artırmaq sağlamlıqda problemlər yaratmaqla yanaşı, sürətlə piylənməyə da səbəb ola bilər.
#Ramazan bayramı teqi istifadə olunub
- Dağıntılar içində qalan Qəzzada bayram namazı qılındı
- Azərbaycanda bu gün Ramazan bayramı qeyd olunur - Baku TV CANLI
- "Xalqımız İslam dünyasına uyğun olaraq bayramı qeyd edir" | 11 ayın sultanı Ramazan ayı - Baku TV
- Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Baku TV
- Bakı metrosu Novruz və Ramazan bayramlarında necə işləyəcək? - Baku TV
