Yeni il gecəsi təhlükə yaradanlara cəza verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 31-də Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təşkil olunan tədbirdə qanunla satışı və istifadəsi qadağan olunan pirotexniki vasitələrdən istifadə edərək xuliqanlıq edən və vətəndaşların haqlı narazılığına səbəb olan şəxslər saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri texniki-axtarış tədbirləri nəticəsində pirotexniki vasitələri kor-koranə şəkildə insanların üzərinə atan şəhər sakinləri 1999-cu il təvəllüdlü Hüseyn Rəhimov və 2004-cü il təvəllüdlü Azər Abdıyev barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada 10 sutka müddətinə həbs olunublar.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
