Yeni il süfrəsində ən təhlükəli 3 qida | Həkim xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Yeni il üçün bəzi məşhur salatlardan imtina etmək daha yaxşıdır. Onlar sağlamlığınıza zərər verə bilər”.
Bu burədə onkoloq Anton İlyin xəbərdarlıq edib.
Onun sözlərinə görə, hər kəsin sevimli “Paytaxt” salatı əslində çox ağır yeməkdir və əsas zərərvericilər onun tərkibindəki kolbasa və mayonezdir. Birincidə çoxlu trans yağlar və nişasta, ikincidə yağ var.
Bundan əlavə, salatın kalorisi də çox yüksəkdir. Mütəxəssislərin fikrincə, bir pors salatı yandırmaq üçün 10 km qaçmaq lazımdır.
İkinci təhlükəli salat siyənəkli şubadır. Onun tərkibində qan şəkərinin səviyyəsini kəskin artıran kartof, yerkökü və çuğundur var. Duzlu siyənək səhərlər şişkinlik yaradacaq, mayonez isə əlavə kalori verir.
Həkimin fikrincə, üçüncü zərərli yemək krab salatıdır. Məhsul nişasta, ucuz balıq və dad əlavələrindən hazırlanır. Bundan başqa, tərkibində düyü və qarğıdalı var ki, onlar da yüksək glisemik indeksi olan sürətli karbohidratlar hesab olunur.
#Yeni il teqi istifadə olunub
- Paris yeni ili sakit qarşılamadı | Fransada aləm bir-birinə dəydi - Baku TV
- "Hər il buna görə gəlirik" | Turistlər niyə Yeni ili Azərbaycanda keçirirlər? - Baku TV
- Mehriban Əliyeva Yeni illə bağlı paylaşım etdi - Baku TV
- “Buna görə məhz Bakıya gəldim” | Yeni ildə insanlar nələr gözləyir? - Baku TV
- 2026-cı ilin ilk qız övladı bu rayonda dünyaya göz açdı - Baku TV
