Yeni müavinət növləri təsis edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yeni müavinət növləri təsis edilib.
Bu, Prezident İlham Əliyevin 12 iyulda təsdiqlədiyi “Sosial müavinətlər haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, himayədar ailəyə verilən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilən uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilən uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər təsis edilib. Həmçinin sözügedən müavinətlərin təyin olunma şərtləri də müəyyənləşib. Belə ki, həmin müavinətlər himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda təyin ediləcək.
Himayədar ailəyə verilən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilən uşağın tərbiyə edilməsinə görə müavinət uşağın himayədar ailəyə verilməsinə dair bağlanılan müqavilənin qüvvədə olduğu müddətə təyin olunacaq.
Himayədar ailəyə verilən uşaqlara mövsümi geyim alınması üçün müavinət isə uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə – mart, iyun, sentyabr və dekabr aylarında ödəniləcək.
#Sosial müavinət teqi istifadə olunub
- Çoxuşaqlı ailələr üçün yeni güzəştlər tətbiq olunacaq? - Baku TV
- Sosial müavinət və təqaüdlərlə bağlı bu rəqəmlər artdı | Millət vəkilindən açıqlama
- Vüqar Bayramov dəyişikliklərin kimlərə aid olacağından danışdı | Siyahı açıqlandı
- Vətəndaşlara şad xəbər | Sosial müavinət və təqaüdlərlə bağlı açıqlama
- İnflyasiya yüksələ bilər? - İqtisadçıdan gözlənilən nəticələrlə bağlı açıqlama
