Pleyeri seçin:

“Yenidən onların üzərində dəfn edilib” | Goranboydakı nekropolda nələr üzə çıxdı? - Baku TV

03 avqust 2026 236 baxış

Fərqli formalı qablar, insan skeletləri, rəngarəng qolbaqlar, muncuqlar və digər qədim əşyalara aid tapıntılar Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə nekropolunda aşkarlanıb.

Tarixi məkanın eramızdan əvvəl XI-VIII əsrə aid olduğu bildirilir. Nekropolda arxeoloji tədqiqatlara 2007-ci ildən başlanılıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Müzəffər Hüseynovun sözlərinə görə, Muncuqlutəpə nekropolu Azərbaycanda bu dövrə aid ən zəngin qəbir abidələrindən biridir:

“Nekropolun təxminən 3100 il yaşı var. Hazırda 42 və 48 nömrəli qəbirlərdə tədqiqat işləri aparırıq. Ümumilikdə 2026-cı il ərzində yeddi qəbirdə arxeoloji qazıntılar həyata keçirmişik. Sahəsi bir hektardan artıq olan nekropolda apardığımız ilkin hesablamalara əsasən, mindən çox qəbir mövcuddur. Burada təxminən 300 il ərzində dəfn mərasimləri həyata keçirilib.

Nekropolda qoşa dəfnlərə, oturaq vəziyyətdə dəfnlərə, eləcə də əvvəlki məzarların üzərində sonrakı dövrlərdə yenidən aparılmış dəfnlərə rast gəlinir.

Burada ən çox aşkarlanan tapıntılar muncuqlardır. Vaxtilə ərazidə çoxlu sayda muncuğun tapılması da bu tarixi məkanın Muncuqlutəpə adlandırılmasına səbəb olub”.

Banner
“Əməl etməsələr...” | Yeni tələblər | Müəllimlər üçün vahid geyim olacaq, yoxsa...? - Baku TV

“Əməl etməsələr...” | Yeni tələblər | Müəllimlər üçün vahid geyim olacaq, yoxsa...? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
“Pulu birbaşa müəllim yığmasa da...” - İddia | “Tələbələr pis görünməmək üçün məcbur qalır ki...”

“Pulu birbaşa müəllim yığmasa da...” - İddia | “Tələbələr pis görünməmək üçün məcbur qalır ki...”

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
Müəllimlərin geyiminə yeni tələblər qoyuldu: nələr dəyişir? - Baku TV CANLI

Müəllimlərin geyiminə yeni tələblər qoyuldu: nələr dəyişir? - Baku TV CANLI

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
“Döyüşün taleyini həll edən silah deyil” | Qazi Aslan Şərifovun unudulmaz döyüş xatirələri - Baku TV

“Döyüşün taleyini həll edən silah deyil” | Qazi Aslan Şərifovun unudulmaz döyüş xatirələri - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
“Bu rəqəmlər heç də az deyil” | Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans - Baku TV

“Bu rəqəmlər heç də az deyil” | Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
Kanat yolları hansı ərazilərdə olacaq? - Bakı nəqliyyatında nə dəyişəcək? - Baku TV CANLI

Kanat yolları hansı ərazilərdə olacaq? - Bakı nəqliyyatında nə dəyişəcək? - Baku TV CANLI

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
Güclü yağışdan sonra sakinlərin gündəlik yaşayışı alt-üst oldu - Baku TV CANLI

Güclü yağışdan sonra sakinlərin gündəlik yaşayışı alt-üst oldu - Baku TV CANLI

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
Yağışda küçədən keçmək müşkülə çevrilir | Sakinlər palçıq içində qalan yoldan şikayətçidir - Baku TV

Yağışda küçədən keçmək müşkülə çevrilir | Sakinlər palçıq içində qalan yoldan şikayətçidir - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV

Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
Məktəbdə geyim qaydaları ilə bağlı yeni yanaşma gündəmdədir - Baku TV

Məktəbdə geyim qaydaları ilə bağlı yeni yanaşma gündəmdədir - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 236 baxış
Seçilmişlər
icon