Pleyeri seçin:

Yenilənən və gözəlləşən Zabux kəndində hansı işlər görülüb? - Baku TV

19 may 2026 515 baxış

“Böyük Qayıdış I Dövlət Proqramı” çərçivəsində Zabux kəndində ilkin mərhələdə 223 fərdi evdən ibarət, müasir tələblərə cavab verən yeni yaşayış məntəqəsi inşa olunub. Kənddə 176 yerlik tam orta məktəb, 50 yerlik uşaq bağçası, bir tibb məntəqəsi, bir inzibati bina, eləcə də iki park və abadlıq zonaları qurulub”.

Bu barədə “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Yeganə Quliyeva məlumat verib.

O bildirib ki, kənddaxili yol infrastrukturu çəkilib, su, qaz, elektrik xətti və yüksəksürətli fiber-optik internet şəbəkəsi istifadəyə verilib. Bundan əlavə, əhalinin içməli su tələbatını ödəmək üçün bir su anbarı və bulaq yenidən tikilib, çirkab suların təmizlənməsi üçün isə müasir qurğular quraşdırılıb.

Yeganə Quliyeva əlavə edib ki, bütün fərdi evlər və sosial obyektlərin üzərində günəş panelləri quraşdırılıb.

“Bu günə qədər Laçın şəhəri və ətraf kəndlər, o cümlədən Zabux, Sus və Bəylik yaşayış məntəqələrinə ümumilikdə 979 ailə – 3 665 nəfər daimi məskunlaşdırılıb. Zabux kəndində isə ümumi sahəsi 81 hektar olan ərazidə 217 ailə – 823 nəfər sakin üçün rahat və tam təhlükəsiz yaşayış şəraiti yaradılıb”, – deyə o bildirib.

Banner
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 515 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 515 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 515 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 515 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 515 baxış
Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 515 baxış
“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 515 baxış
Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Cəmiyyət
07 noyabr 2026 515 baxış
"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 515 baxış
8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 515 baxış
Seçilmişlər
icon