Pleyeri seçin:
Yoldaşının ad günündə nəşi gətirilən şəhid İbrahim Vəlizadə
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV Vətən müharibəsində qəhrəmancasına şəhid olan İbrahim Vəlizadənin ailəsini ziyarət edib.
Şəhidin həyat yoldaşı Büllur Vəlizadə İbrahimin nəşinin doğum günündə gətirildiyini deyib.
“Noyabrın 30-u ad günüm idi. Düşünürdüm ki, ən azından həmin gün ondan xəbər çıxar. İbrahimin bayrağa bükülmüş tabutu ad günümə “hədiyyə” oldu”, – o söyləyib.
Şəhidin anası Kifayət Vəliyeva isə övladı ilə söhbətlərindən birini xatırlayıb: “Bir gün mənə dedi ki, fikirləş ki, 30 ildir əsirlikdəsən, məni gözləyirsən, amma dalınca gəlmirəm. Analarımız, bacılarımız əsirlikdə bizim yolumuzu gözləyirlər”.
Kopyalandı
