Yollar buz bağlayacaq | Hidrometeoroloji Proqnozlar Bürosu
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 15-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağıb. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-də, 15-də və 16-da gecə və səhər saatlarında bəzi magistral yolların buz bağlama ehtimalı var, xüsusən də dağlıq və dağətəyi rayonlarda.
Yağıntıların ayın 15-i səhər saatlarına doğru tədricən kəsəcəyi, yanvarın 15-də gündüz Bakıda və Abşeron yarımadasında, habelə bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir”, – o vurğulayıb.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
