Zabrat ağsaqqalları "işini bilən" qadınlardan danışdı - O VAXTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında zabratlı ağsaqqallar köhnə adət-ənənələrdən, ailə münasibətlərindən danışıblar.
Tarix müəllimi Asif Hüseynov deyir ki, əvvəllər qonşuluq əlaqələri daha möhkəm olub:
“Bir kişi evdən gedəndə “qonşu evdə yoxam” deyərmiş. O da gecə rahat yatmazmış ki, qonşum mənə əmanət qoyub gedib. O vaxtı bağların hasarı olmazdı. Hamı bilirdi ki, bu ağacdan o yana filankəsin bağıdır. Heç bir uşaq da o adamın bağına girməzdi”.
Zabrat sakini Hacı Əliağa isə kişiyə hörmətin onun xanımından başladığını vurğulayıb:
“Şeyx Şamildən soruşurlar ki, necə olur ki aul sənə hörmət edir? Deyir ki, mən evə girəndə zövcəm ayağa durur, uşaqlar da ona baxıb ayağa durur. Qonşular da uşaqlara baxıb bunu edir. Bu, ədəb-ərkana görə belə olur”.
#Zabrat qəsəbəsi teqi istifadə olunub
- Zabrat qəsəbəsində kanalizasiya problemi nə vaxt həllini tapacaq?
- “Çəkilişə icazə vermədilər, evlərə girir!” | Zabrat sakinləri niyə qorxu içində yaşayır? - Baku TV
- Sistem olmadığına görə qəbiristanlığı su basıb?
- "Ətrafı qoxu bürüyüb, qəbirlər suyun içindədir" | Zabratda dəhşətə gətirən mənzərə - Baku TV
- Zabrat qəsəbəsində kanalizasiya problemi ciddi fəsadlara səbəb oldu - Baku TV CANLI
