Zabrat sakinlərini ölümlə üz-üzə qoyan zibillik | Məsələ barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Aşıq Ələsgər küçəsindəki sakinlər üfunətdən təngə gəliblər.
Vətəndaşların sözlərinə görə, ərazidə cəmi 1 zibil qutusu var, həmçinin zibillər də gec-gec daşınır.
Eyni zamanda sakinləri narahat edən digər bir məqam isə yüksək gərginlikli naqillərin zibilliyin yanında olmasıdır.
“Sabunçu rayon icra başçısından xahiş edirik, bu zibilliyi yığışdırsınlar. Körpə uşaqlar var, hamısı xəstəlikdir. Elə olur ki, 1 aydan bir təmizləyirlər, amma hər ay gəlib qapı-qapı düşüb zibil pulu alırlar. Üstü açıq naqillərdir, keçən dəfə yanırdı, qorxumuzdan gedib su atmırıq, elektrik cərəyanıdır, vurub öldürəcək”, – Zabrat sakini narazılığını bildirib.
Məsələ ilə bağlı Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Anar Qalayev bildirib ki, mütəmadi olaraq rayon ərazisində qrafik üzrə daşınma həyata keçirilir:
“Nəqliyyat vasitəsində yaranan texniki nasazlıq səbəbindən gecikmə baş vermişdi. Hazırda təmizlənmə işləri aparılır. Əraziyə 1 konteynər də əlavə olunub”.
Sabunçu Rayon İcra Hakimiyyətindən zibil qutularının yerinin dəyişdirilməsi ilə bağlı bildirilib ki, bu ancaq sakinlərin rəsmi müraciəti əsasında mümkün ola bilər.
#Zabrat qəsəbəsi teqi istifadə olunub
- Zabrat qəsəbəsində kanalizasiya problemi nə vaxt həllini tapacaq?
- “Çəkilişə icazə vermədilər, evlərə girir!” | Zabrat sakinləri niyə qorxu içində yaşayır? - Baku TV
- Sistem olmadığına görə qəbiristanlığı su basıb?
- "Ətrafı qoxu bürüyüb, qəbirlər suyun içindədir" | Zabratda dəhşətə gətirən mənzərə - Baku TV
- Zabrat qəsəbəsində kanalizasiya problemi ciddi fəsadlara səbəb oldu - Baku TV CANLI
