Zakir Həsənov hərbçilərə tapşırıq verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 2-də müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının tank və artilleriya hərbi hissələrində olub. Müdafiə naziri şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoyub.
Hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri və döyüş hazırlığı yoxlanılıb.
Nazir hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib. Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları hərbi hissəsinə gedib. PUA-lara baxış keçirən müdafiə naziri onların texniki vəziyyəti ilə maraqlanıb, heyətlərin hazırlıq səviyyəsini yoxlayıb. Müdafiə naziri ziyarət etdiyi hərbi hissələrin şəxsi heyətinin hazırlığını yüksək qiymətləndirib və döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim olunub.
Nazir yeni tədris dövründə təlimlərin daha səmərəli keçirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması ilə bağlı vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
