Zakir Həsənov ordumuzun kibertəhlükəsizliklə bağlı təlimini izləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti “Kibertəhlükəsizlik təlimi - 2023” təlimini izləyib.
Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan Ordusunun Elektron İnformasiya Sisteminin tərkibində bütün növ qərargahlarla, həmçinin komanda məntəqələri ilə məlumatların təhlükəsiz mübadiləsini təmin etmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də sistemdə və digər informasiya resurslarında mövcud təhlükələr barədə istifadəçilərin maarifləndirilməsi, ehtimal olunan kiber hücumlara qarşı müdafiə qabiliyyətinin inkişaf etdirilməsidir.
Ən yeni texnoloji avadanlıqlarla təchiz edilən qovşaqda keçirilən təlimdə hərbi qulluqçular kibertəhlükəsizlik tədbirləri üzrə müxtəlif tapşırıqları icra etməklə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
