Zakir Həsənov səfərbərlik təminat bazasının döyüş hazırlığını yoxlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub.
Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb. Silahlanmada olan silah və döyüş texnikasına təhlükəsizlik qaydalarına əməl edilməklə vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən general-polkovnik Zakir Həsənov yeni tədris dövründə ehtiyatda olan hərbi vəzifəlilərlə müxtəlif ixtisaslar üzrə keçirilən toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
