Zakir Həsənov xidməti müşavirə keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyində keçirilən növbəti xidməti müşavirədə ölkəmizə qarşı yönələn təhdidlərə toxunulub.
Ordumuzun uğurlu əməliyyatlarını həzm edə bilməyənlərin səsləndirdiyi fikirləri şərh edən müdafiə naziri general-polkovnik Zakir Həsənov heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayıb. O, terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyat olduğunu bildirib.
Müdafiə naziri Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edərək, ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə göstərişlər verib.
Z.Həsənov qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.
Müşavirədə həmçinin azad edilən ərazilərdə, eyni zamanda yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verilib.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
