Zaqatala meşələrində itkin düşən iki nəfər danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada şəlaləyə gedərkən itkin düşən Bakı şəhər sakinləri tapılaraq xilas ediliblər.
Əli Əlizadə və Əbdül Rzayev rayonun Qəbizdərə kəndi istiqamətində dağlıq-meşəlik ərazidə yollarını azıblar.
Onlar bildiriblər ki, iki dost Zaqatalaya səyahət məqsədilə gedib: “Çay ilə hərəkət edərkən dərədə çıxılmaz vəziyyətdə olduğumuzu hiss etdik”.
Dostlar azdıqlarını anladıqda polisə, dağ bələdçilərinə və Fövqəladə Hallar Nazirliyinə zəng edib, bu barədə məlumat veriblər. Uzun sürən axtarışlardan sonra rayona gələn qonaqlar sıx meşəlik ərazidən tapılıblar.
Onlara TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin normal olduğu bildirilir.
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
