Zaqatalada heyvanların kütləvi ölümü etiraza səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə itlərin kütləvi şəkildə ölməsi və ya öldürülməsi ilə bağlı görüntülər yayılıb.
Belə ki, Zaqatalanın Qala Düzü adlanan ərazisində, Sülh küçəsi 7 saylı binanın zirməsində 7 bala it anidən ölüb. Həyətdə isə bir neçəsi ağzından köpük gələrək can verib.
Heyvanların kütləvi şəkildə ölməsi binada yaşayan sakinlərin də narahatlığına səbəb olub. Onlar itlərin ölümündə bina sakini Eldəniz Zitayevi təqsirləndirsələr də, o, ittihamlarla razılaşmayıb.
Sözügedən faktı sosial şəbəkələrdə heyvansevər Nizami Ramazanov ictimailəşdirib. O, heyvanları öldürməyin çıxış yolu olmadığını, məsələnin yeganə həll yolunun qısırlaşdırmaq olduğunu deyib. N.Ramazanov sığınacaqlara dəstək olması üçün aidiyyəti qurumlara müraciət edib.
Aqrar Xidmətlər Agentliyinin Zaqatala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin şöbə müdiri Şirin Əliyev şifahi olaraq bildirib ki, itlərdən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib. Heyvanların zəhərlənmə və ya taun xəstəliyindən ölməsi ehtimal edilir.
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
