Zaqatalada yağan intensiv yağışlar problemlərə səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər yağan intensiv yağışlar Zaqatalada fəsadlara yol açıb.
Yağışlar nəticəsində Alazan çayında suyun səviyyəsi qalxıb, Katexçayda artan su çayın məcrasının dəyişməsinə səbəb olub.
Sel suları Aşağı Çardaqlar kəndində 200 hektaradək əraziyə dolub, 100-dən çox sakinə ziyan vurub. Su basan ərazilərdə əsasən arpa, buğda, yonca və qarğıdalı sahələri ziyan çəkib.
Sakinlərin dediyinə görə, hazırda əkin sahələrində suyun hündürlüyü 1,5 metrə çatır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Zaqatala Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirilib ki, çaylara və su basan ərazilərə baxış keçirilib. Suyun səviyyəsinin yüksək olmasına görə hazırda ərazidə işləmək mümkün deyil. Su müəyyən qədər çəkiləndən sonra lazımi tədbirlər görüləcək.
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
