Zaqatalanın Tala kəndindən sel görüntüləri
Yeniliklərdən dərhal xəbərdar olun
Güclü yağış səbəbindən Zaqatalada 250-yə yaxın evin həyətyanı sahəsini sel suları basıb.
Mayın 20-si axşam saat 22:00 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində leysan yağıb, rayon mərkəzi də daxil olmaqla ətraf yaşayış məntəqələrinə 3-4 dəqiqə ərzində dolu düşüb.
Leysan gecə saatlarında rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən Üçüncü Tala kəndinin inzibati ərazisində daha çox müşahidə olunub.
Kəndin inzibati ərazisinə yağan güclü leysan səbəbindən kənddaxili və kəndin ətrafındakı kiçiktutumlu çaylarda və kanallarda sel sularının yaranmasına səbəb olub.
Sel suları kəndin 250-yə yaxın həyətyanı sahəsinə dolub, 20-dən çox evin zirzəmisinə və yaxud birinci mərtəbəsinə yağış suları dolub.
Leysan yağışı səbəbindən kənd sakinlərinin xeyli sayda toyuq-cücəsi tələf olub.
Hazırda müvafiq qurumun nümayəndələri ərazidə leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır, əhaliyə dəymiş ziyanın miqyasını müəyyənləşdirirlər.
#Sel suları teqi istifadə olunub
- "Su aparıb, tədbir görən yoxdur!" - Kənd sakinləri dəhşət yaşadı | "O dəfə balaca uşaq..." - Baku TV
- Masallıda sahələri su altında qalan fermerlər çətinliklə üzləşib - Baku TV
- Xıdırlıda yağışın fəsadları aradan qaldırıldı
- 25 min manatlıq ziyan dəyib... | Zaqatalada əkin sahələri sel suları altında qaldı
- Polisdən başqa heç kim kömək etmədi | Çaydan son anda xilas edilən şəxs danışdı
