Zəfər Gününə həsr edilmiş "Şəfa Cəbhəsi" filminin təqdimat mərasimi keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Muğam Mərkəzində Zəfər Gününə həsr olunan “Şəfa cəbhəsi” filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə tibb işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Filmdə Vətən müharibəsində iştirak edən 12 tibb işçisi, habelə TƏBİB tərəfindən koordinasiya işinin təşkilində iştirak etmiş rəhbər şəxslər yer alıblar.
Filmin ideya və ssenari müəllifi TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğludur.
“Bu film vasitəsilə biz 44 günlük Vətən müharibəsi zamanı yaşadığımız əzabları, qəhrəmanlıqları, eyni zamanda xalqımızın birliyini və bu birliyin içərisində həkimlərin rolunu ekranlara daşımağa çalışdıq. Filmdəki cərrahi əməliyyatların hər biri tibb işçiləri tərəfindən çəkilib”, – deyə E.Hidayətoğlu bildirib.
#Təqdimat mərasimi teqi istifadə olunub
- Özünəməxsus dizayn, yeni texnoloji imkanlar və yüksək performans bir arada – ZEEKR 8X - Baku TV
- 4 cildlik “Azərbaycan Kinosu. Yığcam Ensiklopediya (1898 – 2025)” kitabı nəşr olundu - Baku TV
- "Zəngəzur yallısı"nın təqdimat mərasimindən maraqlı görüntülər - Baku TV
- NETTY 2025 Azərbaycanın Milli internet Mükafatının qalibləri elan edildi - Baku TV
- “Bir səfərin izi ilə - Belçika və Lüksemburq” sənədli filminin təqdimatı - Baku TV
