Pleyeri seçin:
Zəngəzur Milli Parkından maraqlı görüntülər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngəzur Milli Parkında və parka həmsərhəd ərazilərdə təbiəti mühafizə işçiləri heyvanların rahat su içmələri üçün bulaqların gözündə nov quraşdırıblar.
Bu addım son illərdə vəhşi heyvanların da quraqlıqdan əziyyət çəkməsi ilə bağlı atılıb. Belə ki, suya gələn heyvanlar kameralara düşüblər və maraqlı kadrlar alınıb.
Daha öncə də Zəngəzur Milli Parkında bir sıra heyvanların, xüsusən də, nəsli tükənməkdə olan, “Qırmızı Kitab”a salınan canlıların görüntüləri kameralara düşüb.
Qeyd edək ki, 2003-cü ildə yaradılan Zəngəzur Milli Parkının ərazisində xüsusi mühafizə olunan Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Yasaqlığın ərazisində son vaxtlar sayları artan bəbir, muflon, bezoar keçisi mövcuddur.
Kopyalandı
#Zəngəzur teqi istifadə olunub
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Böyük toqquşmanın ilk işarəsi: Qafan Forumunda kim kimə qarşı birləşdi? - AKTUAL GÜNDƏM
- “Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəyəm” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- "Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- "Zəngəzuru heç vaxt unutmamışıq, gec-tez qayıdacağıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
