“Zərərçəkmişlər”ə təcili yardım göstərildi | Bakı metrosundan görüntülər
Metronun “Nəsimi” stansiyasında taktiki-xüsusi təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlim planına əsasən, yanğınla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
Mobil yanğın-xilasetmə qrupları tərəfindən qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”. Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub.
Təlimə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 6 texnikası və 42 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
#Bakı Metropoliteni teqi istifadə olunub
- Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV
- Metroda əsaslı təmir işləri noyabrda başa çatacaq
- Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI
- Metrodan istifadə edənlər mütləq bilsin | Bu stansiyada hansı işlər görülür? - Baku TV
- Bakı metrosu yeni tədris ilinə necə hazırlaşıb? - “Bu saatlarda...” - Baku TV
