Pleyeri seçin:
Zirzəmidə yaşayan şəxs xəstəxanaya yerləşdirildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayonunda 58 yaşlı kişi kimsəsiz vəziyyətdə yaşayır.
Qonşuların sözlərinə görə, Elşən Əhmədov 2 ildən çoxdur ki, rayonun Əsəd Əhmədov küçəsi, 24B ünvanının zirzəmisində məskunlaşıb.
Binanın mühafizəçisi isə Baku TV-yə açıqlamasında qeyd edib ki, kimsəsiz şəxs 2 həftədən çoxdur ki, xəstədir: “Adam can verir. Təcili yardım çağırıram, gəlib aparıb sonra geri gətirirlər. 2 ildir heç kim ziyarətinə gəlmir”.
Qeyd edək ki, artıq E.Əhmədov təcili tibbi yardım maşını vasitəsilə müayinə olunması üçün xəstəxanaya yerləşdirilib.
Kopyalandı
