“Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadın əsas kənd təsərrüfatı məhsullarından sayılan kartofun bu il fermerlərə gözlənilən qazancı gətirməyəcəyi bildirilir. Buna səbəb kimi xəstəlik və zərərvericilərin geniş yayılması, eləcə də istifadə olunan dərmanların gözlənilən nəticəni verməməsi göstərilir. Fermerlər kartofçuluğun təhlükə altında olduğunu deyirlər.
Onlar məsələ ilə bağlı Baku TV-yə açıqlama veriblər.
“Dərmanı vururuq, amma qabağını ala bilmirik. Bizə çoxlu ziyan dəyir. Bundan başqa təsərrüfatımız da yoxdur”, – onlardan biri söyləyib.
Digər bir fermer isə vurğulayıb:
“Dərmana 6735 manat pul vermişəm. Amma bu dərmanların heç bir faydası yoxdur. Kartofu bizdən 50 qəpiyə alırlar, aparıb 1 manat 50 qəpiyə satırlar. Qonşu fermerlər əkinçilikdən imtina etmək istəyirlər. Mən də imtina etmək istəyirəm. Çünki artıq bu əkin sahəsi mənə maddi ziyan vurur”.
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
