"Telefonundakı səslərdən başa düşdük ki..." | Yuxuda şəhidin tabutunu gördü, səhəri gün...
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Bilal Qənbərov haqqında reportaj hazırlayıb.
Reportajda şəhidin ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin dostu Fərid Həsənov Bilalın ən böyük arzularından birinin Şuşaya bayraq sancmaq olduğunu bildirib:
“Hadrutda ayağından yaralanmışdı, yeriyə bilmirdi. Ona ordumuzun da, dövlətimizin də güclü olduğunu, bu vəziyyətdə döyüşü davam etdirməsinə ehtiyac olmadığını dedim. Amma Bilal “yox, bir şey qalmayıb. Şuşaya bayraq sancıb qayıdacağam” dedi”.
O bildirib ki, müharibədən qayıdandan sonra ilk Bilalın ailəsini ziyarət edib.
“Bilalın anası ilə öz anamdan daha çox danışıram. Onu yaşada bilmədik, Bilal ən böyük zirvəyə ucaldı. Qızından Bilalın ətrini duyanda düşündüm ki, onun ruhu qızının bədənində yaşayır”, – deyə Fərid Həsənov əlavə edib.
Şəhidin əmisinin həyat yoldaşı Fatma Qənbərova isə Bilalın şəhid olması xəbərini eşitməzdən əvvəl gördüyü yuxudan bəhs edib:
“Yuxuda gördüm ki, kimsə piano çalır, mən də onun yanında dayanmışam. Sonra kimsə mənə dedi ki, piano çalmasınlar, şəhid gəlir. Arxaya baxanda bayrağa bükülmüş tabut gördüm. Səhəri gün isə bu xəbəri eşitdim”.
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- “Sizin bəyanatınız bütün dünyaya göstərdi ki...” | Şuşadan dünyaya vacib mesajlar - Baku TV
- Şəhidlərin əmanəti, xalqın qüruru, dövlətin gücü
- Azərbaycanın qələbəsi Cənubi Qafqazda nələri dəyişdi? | Zəfərin 6-cı ildönümü - Baku TV
- “Xalqdan gələn dəstək mənə güc verirdi” | Şəhidlərin qanı ilə yazılan tarix - Baku TV
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
