Pleyeri seçin:

1 qramı tonlarla suyu acılaşdıra bilir | Alimlərdən maraqlı araşdırma

05 may 2025 528 baxış

Uzun illərdir yaponların məşhur acı sousu olan "wasabi" dünyanın ən acı dadı kimi tanınır. Lakin Münhen Texniki Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma bu statusun dəyişə biləcəyini göstərir.

Araşdırmaya görə, "wasabi"nin yanında olduqca yüngül qalan yeni, son dərəcə güclü bir acı dad maddəsi aşkar edilib.

Alimlərin araşdırmalarına əsasən, "Amaropostia stiptica" adlı göbələk növü rəsmi olaraq dünyanın ən acı dadına sahibdir.

İngiltərə başda olmaqla bir çox ərazidə yayılmış bu "acı göbələk" zəhərli olmasa da, o qədər kəskin və sərt acılığa malikdir ki, tədqiqatçılar bu təsirin arxasındakı kimyəvi mexanizmi təhlil etməyə qərar veriblər.

Araşdırmalar nəticəsində bu mantarda daha əvvəl məlum olmayan üç fərqli acı kimyəvi maddə aşkarlanıb.

Bunlardan biri "Oligoporin D" hazırda elmi ictimaiyyət tərəfindən bilinən ən güclü acı maddə hesab olunur. "Oligoporin D" ağızdakı acılıq reseptorlarını aktivləşdirir. Maraqlıdır ki, bu reseptorlar yalnız acını hiss etməklə kifayətlənmir, eyni zamanda orqanizmin zərərli və zəhərli maddələri aşkar etməsində də rol oynayır. Bu da insan bədəninin təhlükəli maddələrə qarşı inkişaf etdirdiyi təkamülə əsaslanan müdafiə mexanizminin bir parçasıdır.

Bu maddənin təsiri o qədər güclüdür ki, yalnız bir qramı 106 vanna dolusu suya qarışdırılsa belə, acılığı hələ də hiss edilir. Yəni bir gün bu mantarı yeməyi düşünərsinizsə, suyun bu acını azaltmayacağını əvvəlcədən bilməyiniz vacibdir.

Kopyalandı
Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 528 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 528 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 528 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 528 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 528 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 528 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 528 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 528 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 528 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 528 baxış
Seçilmişlər
icon